`Azərbaycan Britaniya üçün prioritet ölkə olaraq qalır` - Səfir


03:00     01 İyun 2017 Karol%20Krofts.jpg

"Böyük Britaniya Azərbaycana qoyulan xarici investisiyalar üzrə lider ölkə olaraq qalır".


Femida.az-ın məlumatına görə, bu sözləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts Bakıda keçirilən Neft və Qaz Sərgisi çərçivəsində ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirlikləri tərəfindən təşkil edilən qəbul zamanı deyib. O bildirib ki, sahəni genişləndirmək üçün böyük potensial var: "400-dən artıq Britaniya şirkəti müxtəlif sahələrdə fəaliyyət göstərir. Biz Azərbaycanda daha çox britaniyalı şirkətin fəaliyyəti üçün yaxından işləyirik. Azərbaycan Britaniya üçün prioritet ölkə olaraq qalır. Bütün sahələrdə daha sıx əlaqələr yaradırıq. Üç həftə sonra Azərbaycan ikinci dəfə "Formula 1" yarışına ev sahibliyi edəcək. On "Formula 1" komandasından səkkizi Britaniyada yerləşir. Bu sahə neft və qaz kimi Britaniyada məşhurdur".

Femida.az

Açar sözlər:

Oxunub: 585